“Bizə rəqs kostyumuna bənzəyən geyimlər verdilər. Çimib geyinməmizi dedilər. Dilan adlı qız hamamda intihar etdi. Biləklərini kəsib özünü asdı”.
Simsar.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı “İŞİD” tərəfindən qaçırılan, zorlanan, satılan qadın və qızlarla söhbət edərək “Cəhənnəmdən qaçış” adlı hesabat hazırlayıb.
Zorlama qurbanlarının yaşadıqlarından bəhs edən “Cəhənnəmdən qaçış - İraqda İŞİD Əsarətində İşgəncə və Cinsi Köləlik” başlıqlı hesabatda, seks köləsi olaraq saxlanılan 10 yaşlı qızların da olduğu vurğulanıb.
Təşkilat təqriri hazırlayarkən “İŞİD”in əlindən xilas olmağı bacara 42 qadın və gənc qəzla söhbət etdiklərini, həmçinin hələ də əsirlikdə olan 4 qadnıla da telefonda danışdıqlarını bildirib.
Mosulda girovluqdan qaçmağı bacaran 20 yaşlı Lunanın danışdıqları insanın qanını dondurur: “Bir gün bizə rəqs kostyumuna bənzəyən geyimlər verdilər. Çimib geyinməmizi dedilər. Dilan adlı bir qız var idi. Hamamda intihar etdi. Biləklərini kəsib özünü asdı. Dilan çox gözəl qız idi. O birinə satılacağını bildiyi üçün özünü öldürdü”.
Mosuldakı başqa bir girov 27 yaşlı Vəfa isə başlarına açılan oyunlara dözə bilməyərək özünü öldürmək istədiyini deyib: “Bacımla şarflarımzı bir-birimizin boğazına dolayaraq qarşılıqlı dartmağa başladıq ki, ölək. Biraz sonra mən huşumu itirdim. Sonra yanımızdakı iki qız yuxudan ayılaraq bizi dayandırıblar. Bir neçə gün danışa bilmədim“.
15 yaşlı Arva zorlandığını, lakin “İŞİD” militanlarının başqa birinə ərər verəcəkləri üçün 13 yaşlı xalası qızına toxunmadıqlarını bildirib: “İŞİD əsgərləri bizi, əgər intihar etsəniz qohumlarınızı öldürəcəyik deyərək qorxudurdular”.
Adı açıqlanmayan başqa bir gənc qadın isə satılmamaları üçün yalandan evil və uşaqlı olduqlarını dediklərini bildirib: “İŞİD əsgərləri isə bizə dedilər ki, sizi bakirəlik kontrolundan keçirəcəyik, əgər yalan desəniz cəzalanacaqsınız. Bundan sonra biz də evil olmadığımızı etiraf etməyə məcbur olduq. Bilsəydik cəza ölümdü çəkinməzdik, amma zorlanacağımızdan qorxduq”.
Hesabatda qızları satın alan bəz insanların, bunu onları xilas etmək üçün etdikləri də yer alıb. 13 yaşlı “İŞİD” girovu ailəsinə bu yolla qovuşduğunu deyib: “Məni və kiçik bacımı satın alan bir adam bizi evinə apardı. Mən onun yaşlı arvadı ilə eyni otaqda yatdım. O isə gənc arvadıyla başqa otaqda yatdı. Bizə görə pis olduğunu deyirdi. Sonra hər ikimizi də ailəmizə qovuşdurdu”.
Vüsal Qarayev






DİGƏR XƏBƏRLƏR