Simsar.az bu gün doğulan tanınmışları sizə təqdim edir:
Bakı Dövlər Universitetinin rektoru, Milli Məclisinin deputatı, kimyaçı-alim Abel Məhərrəmovun doğum günüdür. 1950-ci ildə doğulub.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimovun doğum günüdür. 1971-ci ildə dünyaya göz açan qəhrəman martın 12-də, 1992-ci ildə şəhid olub.
Qəhrəman Şirin Mirzəyevin də doğum günüdür. O, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhididir. İyunun 18-i 1992-ci ildə Ağdamda dünyasını dəyişib.
Nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının doğum günüdür. Şair 1927-ci ildə Qazaxada dünyaya göz açıb.
“Dolu”, “Evin kişisi”, “Evlənmək istəyirəm” kimi sevilən ekran əsərlərinin qəhrəmanı, aktyor Fərhad İsrafilovun, “Evləri köndələn yar”, “Mənim Ağ Göyərçinim” və tanınan bir sıra ekran əsərlərinin sevilən personajı, aktrisa Kübra Əliyevanın da doğum günüdür.
Jurnalist, yazıçı, filoloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvü Vahid Əhmədoğlunun bu gün doğum günüdür. O 1956-cı ildə, Qazaxda doğulub.
“Bağ Mövsümü”, “Kişiləri Qoruyun” kimi sevilən filmlərin aktyoru Vaqif Mirzəyevin də bu gündə doğulub.
Serb futbolçu, Neftçi Bakı futbol klubunun qapıçısı Saşa Stamenkoviçinin isə 30 yaşı tamam olur.
Pakistanın 10-cu baş naziri Zülfüqar Buhutto, ABŞ-ın 42-ci vitse-prezidenti Uolter Mondeyl, tarixçi-yazıçı Umberto Eko, tanınmış kinoaktyor Bredli Kuper, aktrisa Dipiko Padukon da bu gün ad günü olanlar siyahısındadır.
Nigar Məhərrəm
DİGƏR XƏBƏRLƏR