Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşüb.
QAT mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, Qeyri-Hökumət Təşkilatlarının, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.
QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərdə QHT-lərin rolunun artırılması, İranda QAT-ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb. Cənab səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə hazır olduğunu, ümumiyyətlə ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.
Simsar.az
DİGƏR XƏBƏRLƏR