İspaniya kubokunda 1/8 finalın ilk oyunlarına yekun vurulub. Simsar.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Meydana ilk olaraq “Qranada” və “Sevilya” futbolçuları çıxıblar. Matç ikincilərin qələbəsi ilə yekunlaşıb. Azərbaycan milli komandasında çıxış etməyə razılıq verən Eddi İsrafilov meydan sahiblərinin heyətində sonadək mübarizə aparıb.
Günün son oyununda “Barselona” “Elçe” ilə münasibətlərə aydınlıq gətirib. Görüş katalanların böyük hesablı qələbəsi ilə yekunlaşıb.
"Qranada" - "Sevilya" - 1:2
Qollar: Delofeu, 31 (0:1), Qameyro, 53 (0:2), Banqura, 90+2 (1:2)
"Barselona" - "Elçe" - 5:0
Qollar: Neymar, 35 (1:0), Suares, 40 (2:0), Messi, 45-pen (3:0), Alba, 56 (4:0), Neymar, 59 (5:0)
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR