2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) hər il fevralın ikinci həftəsinin çərşənbə axşamı təşkil edilir. Simsar.az xəbər verir ki, ənənəvi olaraq hər il bu gündə təşkil edilən və bu il “Təhlükəsiz rəqəmsal texnologiyalar dünyasını birlikdə kəşf edin” sloqanı ilə keçirilən müxtəlif səpkili tədbirlərdə - “Təhlükəsiz İnternet-mədəniyyət: uşaq və yeniyetmələr üçün pozitiv və təhlükəsiz İnternet”, “Təhsil və informasiya təhlükəsizliyi”, “Təhlükəsiz İnternetin yaradılmasında peşəkar cəmiyyətlərin rolu”, “İnternetdə neqativ kontentdən texniki müdafiə metodları”, “İnternet məhdud fiziki imkanlı insanlar üçün”, “İnternet nəsilləri birləşdirir və insanları maarifləndirir” və s. mövzularda məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr bildirilir.
Beynəlxalq Təhlükəsiz İnternet Günü dünyanın 60-dan artıq ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının "Təhlükəsiz internet" proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təşkil olunur.
Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir.
Mərkəzin hesabatına görə, hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir.
Simsar.az
DİGƏR XƏBƏRLƏR