Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri universitetə qəbul olan tələbələrin ən çox hansı ali təhsil müəssisələrini seçməsi haqqında məlumat verib. Məleykə Abbaszadə bu il universitetlərdə qruplar üzrə qəbul sıralanmasını sadalayıb.
“TQDK sədri birinci qrup üzrə birinci sırada Bakı Ali Neft Məktəbininn tutduğunu deyib. İkinci yerdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasıdır, üçüncü yerdə ADA, dördüncü yer üzrə isə Gömrük Komitəsinin Akademiyası, beşinci yer üzrə isə İqtisad Universiteti tutur”. M.Abbaszadə deyib ki, ikinci qrup ixtisası üzrə ən çox tələbə ADA Universitetinə üz tutur. İkinci yerdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası, üçüncü yerdə Gömrük Komitəsinin Akademiyası, dördüncü yerdə Neft Akademiayası, beşinci İqtisad Universiteti, altıncı yerdə Texniki Universitet, yeddinci yerdə BDU, səkkinci yerdə Dövlət Aviasiya Akademiyası, doqquz Azərbaycan Pedoqoji Universiteti, on Naxçıvan Dövlət Universiteti yer tutur. Üçüncü qrup ixtisası üzrə ən çox tələbə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, sonra Gömrük Komitəsinin Akademiyasını, Milli Aviasiya Akademiayasının yalnız hüquqşunaslıq ixtisasını, beşinci yerdə BDU, altıncı Turizm İnstitutu, yeddi Azərbaycan Dillər Universiteti, səkkiz Naxçıvan Dövlət Universiteti, doqquz Azərbaycan Pedoqoji Universiteti 401 balla, onuncu yerdə is Gəncə Dövlət Universiteti 377 balla daxil olanlardır. TQDK sədri bildirib ki, ən acınacaqlı hal dördüncü qrupda müşayət olunmaqdadır. “Burada əsas yerlər Tibb Universitetinə gedən qızlar və Bədən Tərbiyəsi Universitetinə gedən oğlanlar arasında bölünür. Birinci yer Tibb Universiteti 569 bal, ikinci yer Prezident Yanında İdarəçilik Akademiyası 468 bal, üçüncü yer Naxçıvan Dövlət Universiteti, dördüncü yer BDU, beş Qafqaz, ən aşağı göstərici Kooperasiya Universitetində 172 balla müşayət olunur”. Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir.Bu nəticələr azərbaycan və rus bölməsi üzrə ayrılıqda təhlil edilib. Simsar.az xəbər verir ki, bu sözləri TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə,Azərbaycan bölməsi üzrə orta statistik abituriyent ana dili fənnindən 41.38%-ni, ədəbiyyatdan 37.52%, riyaziyyatdan I –II qruplarda 26.33%, III, IV qruplarda 27.33%, fizikadan 27.40, kimyadan 25.59, biologiyadan 28.10,tarixdən 31.01%, azərbaycan tarixindən 35.95%, coğrafiyadan 37.36, ingilis dilindən birinci qrupda 29.50%, iki-üçüncü qruplarda 33.45%-nə düzgün cavab verib. “Abitiruyentlərin cavablarının göstəricilərindən aydın olur ki, onlar orta statistik abituriyent fənllər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Bu da ümumi təhsil müəssiələrində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən ən başlıcası isə,müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsullarından istifadə edilmədiyini göstərir”. Məleykə Abbaszadəbildirib ki, son illər azərbaycan bölməsi abitoruyentlərinin riyaziyyat, fizika və kimya fənnləri üzrətahan nəticələrində irəliləyiş müsbət irəliləyiş nəzərə çarpmır. Bu fənnlər üzrə müxtəlif ixtisas qruplarının təmsil edən orta statistik abiotiuriyentlər əsasən, test tapşırıqlarının 23-29%-nə düzgün cavab verir, 32-48% cavab verməkdən imtina edir. Ötən illə müqayisədə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, bu il tarix fənni üzrə azərbaycan bölməsi abitiruyentlərinin nəticələri 36.35%-dən, 31.01 %-ə qədər aşağı düşüb.
TQDK sədri, özəl ali təhsil müəssislərinə qəbul planı ötən illə müqayisədə bu il 0.88% (55 yer), artığını da deyib. Bildirib ki, 6294 yer müəyyən edilib. Ayrılan plan yerlərinin 56,40%-i azərbaycan, 3,73%-i nrus, 39,86 %-i hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, qruplar üzrə götürdükdə planın 16,27%-i I ixtisas qrupu, 51,80% II ixtisas qruöu, 27,88% III ixtisas qrupu, 4,05%-i IV ixtisas qrupuna aid olub. “Ötən il olduğu kimi bu il də qəbul planının əsas hissəsini (79.68%) ikinci və üçüncü ixtisaslar üçün nəzərdə tutulmuşdu. Özəl ali təhsil müəssisələrinin birinci ixtisas qrupda qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 9.34, dördüncü qrup üzrə 6.13%-nə bərabər olduğu halda, ikinci qrup üzrə 42.63, üçüncü qrup üzrə 20.18%-nə bərabər olub. Bütün qruplar üzrə ümumilikdə götürdükdə isə, özəl ali təhsil müəssisələrinin qəbul dövlət ali təhsil müəssisələrinin qəbul planının 20%-i qədər olub”. TQDK sədri onu da vurğulayıb ki, qəbul nəticələrinin təhlili müsabiqədə iştirak edən abituriyentlərin 27.44%(9863nəfər)öz ərizələrində özəl təhsil müəssisələrinin ixtisaslarını da qeyd edib. Onların 624 nəfəri ərizələrində yalnız özəl ali təhsil müəssisələrini qeyd edib. “Özəl ali təhsil müəssisələribdən fərqli olaraq dövlət ali təhsil müəsisələrində dördüncü ixtisas qrupu istisna olmaqla bütün qruplarda müsabiqə şəraiti mövcud olub. Ən zəif müsabiqə birinci ixtisas qrupu (1.044), ən yüksək müsabiqə ikinci ixtisas qrupunda (1.296) olub. Təhlillər göstərir ki, abituriyentlərin bir hissəsi özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət ali təhsil müəssisələrini seçir. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin səbəbi,təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini və ali təhsil müəssisəsindəki təhsilin səviyyəsini misal göstərmək mümkündür.Buna görə də, dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi dördüncü qrup istisna olmaqla qalan qruplarda 88%-0dən çox olub. Ən yüksək nəticə ikinci ixtisas qrupunda olub 97.71% təşkil edib”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR