Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya sənəd vermiş bakalavrlara müraciət edib. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, magistraturaya qəbul olmaq istəyən bakalavrlar 1-ci mərhələ üzrə "İmtahana buraxılış vərəqi" ni çap edə bilərlər. Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu fevralın 3-dən 12-dək internet vasitəsi ilə aparılıb.
Bu il magistraturada təhsil almaq üçün 23230 nəfər sənəd verib. Onlardan 20705-i Azərbaycan, 2525-i rus bölməsinin məzunlarıdır. Magistraturaya qəbul imtahanının birinci mərhələsi fevralın 22-də, ikinci mərhələsi aprelin 26-da keçiriləcək.
Aysel
DİGƏR XƏBƏRLƏR