Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb. Bu barədə APA-ya Şirkətdən bildirilib. Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir.
Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb. Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib.
DİGƏR XƏBƏRLƏR