11 Avqust, 2011
Hər gün burada 13 uşaq ölür

Somalidə hər gün yaşı 5-dən az olan 13 uşaq ölür.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu BMT-nin Somalidəki xüsusi təmsilçisi Avqustin Mahiqa deyib. O bildirib ki, hazırda bu ölkədə 3,7 milyon adam aclıqdan ölmək təhlükəsi altındadır. 

BMT-nin Humanitar məsələlər üzrə şöbəsinin baş direktor müavini Katrin Braqq isə deyib ki, Somali üçün 1 milyard dollara yaxın ianənin toplanacağını düşünürlər. Bununla belə, bu günə qədər yalnız 500 milyon dollara qədər vəsait toplanıb.

Afrikada 1,2 milyon adamın kömək gözlədiyini bəyan edən BMT rəsmisi, dəstək göndərilməzsə, yaxın zamanda minlərlə uşağın öləcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!