11 Avqust, 2011
İLHAM ƏLİYEV VARŞAVADAKI SAMMİTƏ QATILACAQ

İLHAM ƏLİYEV VARŞAVADAKI SAMMİTƏ QATILACAQ

Cari il sentyabrın 28-29-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv olan ölkələrin dövlət başçılarının sammiti keçiriləcək.

Bunu SalamNews-a Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının Mülki Cəmiyyət Forumunun Azərbaycanda milli koordinatoru Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sammitdə proqrama üzv olan 6 ölkədən 5-nin, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova prezidentlərinin görüşü də gözlənilir: “Güman olunur ki, Belarus prezidenti sözü gedən görüşə dəvət olunmayacaq. Görüşdə Avropa Komissiyasının prezidenti və eləcə də Avropanın bir sıra ölkələrinin, o cümlədən Polşa prezidentinin görüşə qatılacağı gözlənilir. Tədbirdə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlıq Proqramına qoşulan ölkələr arasında əməkdaşlıq prespektivləri müzakirə olunacaq.

V.Bayramov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacaq: “Sammitdə Azərbaycanın Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, ölkə vətəndaşlarının Avropaya daha asan, eləcə də sonrakı mərhələlərdə vizasız gediş-gəlişin təmin olunması, həmçinin proqram çərçivəsində Avropa İttifaqı tərəfindən assosiativ üzvlülük, ticarətin liberallaşdırılması məsələləri ilə bağlı müzakirələr aparılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!