11 Avqust, 2011
"NEFT DAŞLARI"NDA ARDNŞ-NİN ƏMƏKDAŞI VƏFAT EDİB

ARDNŞ-nin "Neft Daşları"nda avqustun 10-da işçi vəfat edib

Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, NQÇİ-nin Quyuların əsaslı yeraltı təmiri sexinin qazmaçı köməkçisi Teymur İspəndiyar oğlu Süleymanov saat 08:00-da "General Əsədov" sərnişin gəmisi vasitəsilə sahildən "Neft Daşları"na iş növbəsinə yola düşüb.

Gəmi "Neft Daşları"na çatdıqdan sonra Süleymanov gəmidən düşüb yataqxanaya gedərkən yolda halı pisləşib və saat 14:00 radələrində yerə yıxılaraq vəfat edib. Hadisə yerinə gələn həkimlərin ilkin qənaətinə görə, mərhum ürək tutmasından dünyasını dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!