10 Avqust, 2011
Nyu-Cersidə bilbordlarla Ramazan barədə məlumat verilir

Layihə rəhbəri məqsədlərinin ölkə vətəndaşlarını əsl İslamla tanış etmək olduğunu deyib

Ramazan ayının başlanması ilə əlaqədar ABŞ-ın Nyu-Cersi şəhərinin küçələrində sakinləri “Qaynar xətt” telefon nömrəsi vasitəsilə İslam dini və Ramazan ayı haqqında məlumat almağa çağıran reklam lövhələri quraşdırılıb. Kampaniyanın təşkilatçısı Şimali Amerika İslam Təşkilatının (ICNA) Nyu-Cersi bölməsinin rəhbəri Asim Xandır. Yeniliyə şərh verən A.Xan bildirir ki, İslam və Ramazan haqqında bilikləri “Fox News”dən almaqdansa, bunu bilavasitə birinci mənbədən əldə etmək daha məqsədəuyğundur: “Biz qarşımıza kimisə İslama gətirmək məqsədi qoymamışıq. Amalımız vətəndaşlarımızı İslamın əsl mahiyyəti ilə tanış etməkdir”.

Qeyd edək ki, rəsmi tədqiqatlara və araşdırmalara əsasən, ABŞ vətəndaşlarının əksəriyyəti İslam dini haqqında çox cüzi məlumata malikdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!