10 Avqust, 2011
AN-12 TƏYYARƏSİNİN QALIQLARI TAPILDI

Göyərtədəki 11 nəfərin taleyi isə məlum deyil

Rusiyanın Maqadan vilayətində ötən gün radarlardan itmiş An-12 təyyarəsinin qalıqları tapılıb. Təyyarənin qəzaya uğradığı yer fövqəladə hallar nazirliyinin helikopterlərinin hava kəşfiyyatı zamanı müəyyən edilib. An-12 Omsukçan yaşayış məntəqəsindən 80 kilometr aralıda aşkar edilib. Hadisə yerinə axtarış-xilasetmə dəstələri göndərilib.

Təyyarənin göyərtəsində olan 11 nəfərin isə öldüyü ehtimal edilir. Onlardan 2-si sərnişin, 9-u isə təcrübəli ekipaj üzvləridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!