10 Avqust, 2011
ABŞ-IN PİLOTSUZ TƏYYARƏSİ PAKİSTANA HÜCUM EDİB

Onların radikal qruplaşma üzvləri olduğu ehtimal edilir

Pakistanın şimal-qərbində Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarənin aviazərbələri nəticəsində azı 20 nəfər ölüb. Pakistan xüsusi xidmət orqanlarının məlumatına görə, Şimali Vəziristan əyalətinin inzibati mərkəzi olan Miranşah şəhəri yaxınlığına 2 raket zərbəsi endirilib.

Ölənlərin əksəriyyətinin radikal qruplaşmaların döyüşçüləri olduğu ehtimal edilir. "Reuters" agentliyinin məlumatına görə, onların arasında ərəb və özbəklər də var.

Qeyd edək ki, Pakistanda döyüşçülərin mövqelərinə pilotsuz təyyarələrdən zərbələrin sayı son vaxtlar artıb. Təkcə ötən ay belə aviazərbələr nəticəsində 30-dan çox döyüşçü öldürülmüşdü.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!