10 Avqust, 2011
ANTRAKTİDADAKI BUZLAQLAR ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ SINIB

Adalardakı güclü zəlzələ buzlu materikin sınmasına yol açıb

Beş ay bundan öncə Yaponiyada baş verən dəhşətli zəlzələ artıq öz nəticəsini göstərir. Mart ayında baş verən güclü zəlzələ indi də Yerin buz qatı ilə örtülmüş hissəsi- Antraktidada hiss olunub. Bu, NASA-nın qeydə aldığı peykdə aydın görünür. Belə ki, peyk görüntülərində Antraktidada dalğaların buzlaq şelfinə dəyərək iri aysberqləri sındırdığı aydın seçilir.
Mütəxəssislər buzun içində 13 min km yol açan dalğaların 30 santimetr hündürlüyündə olduğunu ehtimal edirlər. Bu isə iri buz parçalarının sınması üçün kifayət edir. Buzlaqların ən böyüyünün sahəsi təxminən Nyu-Yorkun Manhetten şəhərinin sahəsinə bərabərdir.

Xatırladaq ki, bu ilin mart ayının 11-də Yaponiyada baş verən gözlənilməz zəlzələ və onun ardınca gələn sunami 15, 6 min yaponiyalının ölümünə səbəb olub, təxminən 5 min insan isə bu vaxta qədər hələ də itkin düşmüş hesab edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!