10 Avqust, 2011
MAL-QARA OĞRULARI TUTULUB

Paytaxt polisi mal-qara oğrularını həbs edib

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 4-nə keçən gecə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Sabit Orucovun həyətindən 1 baş iribuynuzlu heyvan oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının səyi nəticəsində iribuynuzlu heyvanı oğurlayan Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Asif Ağayev avqustun 5-də yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, iyun və iyul aylarında Türkan qəsəbəsi Üzümçülük sovxozunun və Hövsan südçülük sovxozunun ərazilərində yaşayan Elbrus Əsədovun, Namiq Məmmədovun, Ziyat Fətullayevin, Mahirə Şıxıyevanın, Vasif Məmmədovun, Sona Əliyevanın, İnqilab Şirinovanın, Xasay Əsədovun, Əlövsət Əliyevin həyətindəki tövlələrin hər birindən 1 baş, İlqar Bayramovun tövləsindən 3 baş, Bəyəli Qurbanəliyevin töləsindən isə 2 baş iribuynuzlu heyvan oğurlayıb.
Milli az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!