10 Avqust, 2011
Jurnalist Ceyhun Nağı vəfat etdi

Bu gün səhər saatlarında "Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı vəfat edib.

Bu gün səhər saatlarında "Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı vəfat edib. Qəzetin əməkdaşlarının verdiyi xəbərə görə, jurnalistin ürəyi tutub və 6 saylı xəstəxanaya aparılıb. Ceyhunun qardaşı faktı təsdiqləyib.


Qeyd edək ki, vaxtilə "Yeni Müsavat"da çalışan C.Nağı sonrakı illərdə "Gündəlik Azərbaycan" qəzetində ,"Hesabat" jurnalında çalışıb.

Ceyhun Nağının 39 yaşıoktyabrda tamam olacaqdı. Evliydi, bir qızı var.

Allah rəhmət eləsin.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!