10 Avqust, 2011
İngiltərəni iğtişaş bürüyüb

Artıq üç gecədir ki, davam edən iğtişaşlar İngiltərənin digər şəhərlərinə də yayılıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Birmingem, Mancester, Liverpul, Nottingem, Bristol və digər şəhərlərdə iğtişaşlar baş verib.
Londonda asayişi qorumaq üçün 16 min polis əməkdaşı şəhərin küçələrinə çıxıb.
Baş Nazir Devid Kameron hadisələri müzakirə etmək üçün yay tətilindən yarımçıq dönüb.
İğtişaşlar Tottenhemda ötən həftə gənc oğlanın polis tərəfindən öldürülməsindən sonra şənbə günü qızışıb.
Son üç gün ərzində Londonda cinayət törədən 69 adam müxtəlif cinayətlərə görə müqəssir bilinib.
Londonun cənubundakı Kroydon rayonunda iğtişaşlar zamanı yaralanan 26 yaşlı kişi ölüb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, o Londonda ötən şənbə başlayan və İngiltərənin digər şəhərlərinə yayılan zorakılıq və oğurluq dalğasının ilk qurbanı olub.
Avqustun 8-də Londonun cənubunda törədilən iğtişaşlarla bağlı həbs edilmiş 28 nəfər yanğın və dağıntılarda ittiham olunur.
Şənbə günündən bəri Londonda iğtişaşlarla bağlı 500-dən artıq adam həbs olunub.
Çərşənbə axşamı gündüz Londonun cənubundakı Uimbldon ərazisində iğtişaşlar başlayıb və mağazalar yarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!