10 Avqust, 2011
Hava qeyri sabit keçəcək

Sabah hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 25-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!