9 Avqust, 2011
DÜNYANIN MALİYYƏ MƏRKƏZİNDƏ ÇAXNAŞMA BAŞLAYIB

ABŞ-ın aparıсı fond indeksləri 2010-сu ilin oktyabr ayının səviyyəsinə düşüb

"Standard and Poor's" reytinq agentliyi tərəfindən ABŞ-ın kredit reytinqinin mənfi proqnozla "AAA"dan "AA+"ə salınması dünya bazarlarında hələ iki həftə başlamış kütləvi satışları gücləndirib.ABŞ-ın kredit reytinqinin aşağı salınmasından sonra keçirilən ilk hərraclarda bu ölkənin aparıcı fond indeksləri 5,4 - 6,9%-a qədər azalıb.
"Dow Jones" 5,42%-ə qədər azalaraq 2010-cu ilin oktyabr ayının səviyyəsinə düşüb. "Dow Jones" maliyyə böhranının tüğyan etdiyi 2008-ci ilin dekabr ayından bu yana bu səviyyədə düşməmişdi. Geniş bazar indeksi "S&P 500" 6,66 %, yüksək texnologiyalı şirkətlər indeksi "NASDAQ" 6,9% düşüb.

Səhmlərin bu cür çaxnaşma ilə satışı fonunda neftin qiyməti son 8 ay ərzində kəskin şəkildə ucuzlaşıb. Nyu-Yorkda neftin barreli həftə ərzində 7% azalaraq 81 dollara düşüb.

Qızıl isə rekordlar vurmaqda davam edir. Dünən bir Troya unsiyasının qiymət i 4,25 % artaraq 1722 dollara çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!