9 Avqust, 2011
“NABUCCO” 2017-Cİ İLDƏ İŞƏ DÜŞƏCƏK

"Dünyanın ən böyük qaz ehtiyatlarının müəyyən hissəsi Xəzər regionu və Yaxın Şərqdə yerləşir və hasilatçı şirkətlər həmin ehtiyatları Avropaya ixrac etməyə can atırlar”.

Bunu “Nabucco Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru Reynhard Mitçek deyib.

O bildirib ki, “Nabucco” boru kəməri infrastrukturunun tikintisi hasilatçı şirkətlərin gözlədiyi qrafikə uyğunlaşdırılıb: “Şahdəniz II konsorsiumu bu ilin 1-ci rübündə elan edib ki, ixrac üçün nəzərdə tutulmuş ilk qaz 2017-ci ildə hasil ediləcək. Başlanğıcını Xəzər hövzəsindən götürən Nabukko boru kəməri həm loqistika baxımından, həm də iqtisadi cəhətdən ən məqsədəuyğun nəqliyyat marşrutudur və şübhəsiz, Cənub Dəhlizi infrastrukturunun inkişaf etdirilməsi istiqamətində öndə gedəcək”.

Hazırda səhmdarların qaz təchizatçıları ilə danışıqlar apardığını qeyd edən icraçı direktor bildirib ki, bu sahədə müəyyən irəliləyiş əldə edilməkdədir: “Ona görə də biz əminik ki, tikinti işləri 2013-cü ildə başlayacaq və ilk qaz 2017-ci ildə axacaq”.

Reynhard Mitçek “Nabucco” layihəsinin öz istehlakçılarının ehtiyacları nəzərə alınmaqla davam etdirildiyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!