9 Avqust, 2011
Türkiyədə şok yaradan tibbi əməliyyat

Ölü adaməm orqanları xəstələrə köçürülür

Antalya Elmi Araşdırma İnstitutunda dünən gecə saat 22 radələrində kimliyi açıqlanmayan birisinin orqanları 7 saat davam edən əməliyyatın sonunda 20 yaşlı xanıma köçürülüb.
Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyatı Türkiyədə ilk, dünyada 16-cı dəfə edən Aralıq Dənizi Universiteti Tibb Fakültəsi Xəstəxanası Plastik Rekonstruktiv Cərrahiyyə Estetik Fundamental elm sahəsi başçısı, elmlər namizədi Ömər Özkan reallaşdırıb.
Özkan mövzuyla əlaqədar mətbuat konfransı təşkil edərək açıqlamalar verəcək.
Bundan bir müddət öncə isə Türkiyənin Milas Mahalında motosikletlə keçirdiyi yol qəzasında həyatını itirən 23 yaşlı Fatih Dəmirəlin iki qolu, Aralıq dənizi Universiteti Tibb Fakültəsində reallaşdırılan əməliyyat zamanı 2008-ci ildə iki qolunu itirmiş Cihan Topala göçürülüb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!