9 Avqust, 2011
YAPONİYANIN PAYTAXTI DƏYİŞƏ BİLƏR

Yaponiya hökuməti paytaxt Tokionun bəzi funksiyalarını başqa şəhərə vermək haqda düşünür

Rusiya mətbuatının verdiyi məlumata görə, məqsəd paytaxtın hansısa fəlakətlə üzləşəcəyi təqdirdə kollapsdan qaçmaqdır.

Hazırda Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin xüsusi komissiyası ehtiyat paytaxtın yaradılması məsələsini müzakirə edir. Onun Tokiodan xeyli uzaqda yaradılması nəzərdə tutulur. Bu, Tokioda baş verə biləcək fəlakətin yeni paytaxta da zərər verməməsi üçündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!