9 Avqust, 2011
CON KENNEDİNİN QƏTLİNİN SİRLƏRİ AÇILIB

Cakie Kennedi ərinin sonrakı prezident Lindon Conson tərəfindən qətlə yetirildiyini düşünür

ABŞ-ın sui-qəsd nzticəsində qətlə yetirilən prezidenti Con Kennedinin həyat yoldaşı Cakie Onassis Kennedi ərinin ölümünün arxasında həmin dövrdə prezidentin köməkçisi işləmiş Lindon Consonun durduğuna inandığını bildirib.

Simsar.az xarici mətbuata istinadən bildirir ki, yaxın günlərdə yaxın günlərdə olduqca mühüm səsyazmalar ortaya çıxacaq.

İngiltərədə nəşr olunan “Daily Mail” qəzetinin xəbərinə görə ABŞ-ın keçmiş birinci xanımı ərinin ölümünün arxasında Conson ilə Texaslı bəzi qrupların durduğuna inandığını yazıb. On illərlə gizli qalan kasetdə xanım Kennedinin ərinin ölümündən sonra prezident olan Consonun sui-qəsd planlaşdırdığına dair şübhələrinin olduğu qeyd olunub.

Cakie Kennedi Consonun sui-qəsdi ABŞ-ın cənubundakı iş adamları ilə bir araya gələrək təşkil etdiyi və prezidentə güllə açan Harvey Osvaldın sui-qəsd planında iştirak etmiş kiçik fiqur olduğunu deyib.

Texasda doğulan Conson senatorluq vəzifələrinə qədər yüksəlib və Kennedinin ölümündən sonra prezident olub.



Xanım Kennedi sui-qəsdin arxasındakı şəxslərlə bağlı
Kaseti məşhur tarixçi Artur Şlesingerə təqdim edib.

Sonradan yunanlı milyarder Aristotel Onassis ilə evlənən xanım Kennedi kasetlərin ancaq ölümün üzərindən 50 il keçdikdən sonra nəşr olunmasına icazə verib. Onassisin ailəsinin intiqam üçün hədəf alına biləcəyini qorxduğu üçün bu qərarı atdığını deyib.

Onassis 1994-ci ildə 64 yaşındaykən xərçəngdən həyatını itirib. Kızı Karolina Kennedi anasının qeydlərinin nəşr məsuliyyətini boynuna götürüb.


53 yaşlı Karolina Kennedi əlindəki kasetləri ailəsi haqqında televiziya serialının çəkilməsi şərtilə ABC kanalına 22 milyon dollar satmaq istəyir.

Bu il yayımlanmağa başlayan və baş rolda məşhur aktyor Tom Krusun xanımı Katie Holmesun oynadığı "Kennedilər" filmi 1930-cu illərdən bu yana ailənin həyatından bəhs edir. Amma Karolina Kennedinin istəyinin əksinə olaraq film müstəqil kabell televiziyasında nümayiş olunub.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!