9 Avqust, 2011
NEYMARDAN REAL MADRİDİ MƏYUS EDƏCƏK AÇIQLAMA

Santosun gənc futbolçusu Neymar da Silva müsahibəsində maraqlı açıqlamalar verib.

Real Madridin diqqət mərkəzində olan və bu kluba transfer olunacağı gözlənilən Santosun gənc ulduzu Neymar da Silva kral klubunun azarkeşlərini məyus edəcək açıqlama verib. Neymar verdiyi açıqlamada dünyanın ən yaxşı klubunun Real Madrid yox, məhz Barselona olduğunu dilə gətirib.

FİFA.com-a müsahibə verən Neymar: “Barselona hal-hazırda dünyanın ən güclü klubudur. Dünyanın ən yaxşı oyunçularına malikdirlər. Onlarla qarşılaşacağımız təqdirdə, öz oyunumuzu oynayacağıq. Barselona ilə bərabər səviyyəli futbol oynamağa çalışacağıq. Onlarla qarşı-qarşıya gəlmək olduqca çətindir və onlara qarşı hər hansı bir taktikanın tətbiq olunmasının o qədər də faydalı olmayacağını düşünürəm. Sadəcə, Allaha dua edib, yaxşı oyun nümayiş etdirməliyik.” Sözlərini söylədi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!