9 Avqust, 2011
Siyasvuş Aslanın xəstəxanadan çıxacağı gün məlum deyil

Aktyorun vəziyyəti normallaşsa da, həkimlər evə buraxılmasına icazə verməyiblər

Bu barədə Simsar.az-a açıqlama verən 1 saylı Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov xəstənin vəziyyətində müsbət irəliləyişlərin olduğunu desə də, onun nə vaxt evə buraxılacağının məlum olmadığını söyləyib: “Dünən şəxsən ona baş çəkdim. Xəstəni palataya köçürdük. Vəziyyətində yaxşılaşma hiss olunur. Lakin hələ müalicəsini davam etdirməlidir. Odur ki, nə vaxt xəstəxananı tərk edəcəyini söyləyə bilmərəm”. 


Səyavuş Aslan avqustun 3-də axşam saatlarında 4 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Sonradan, yəni avqustun 4-də günorta saatlarında həmin xəstəxananın təchizatının zəif olması səbəbindən tanınmış aktyor 1 saylı Şəhər Xəstəxanasına köçürülüb.

Qeyd edək ki, xalq artisti Səyavuş Aslan 1935-ci ildə anadan olub. Azərbaycan klassik kino və teatr səhnəsinə 100-dən çox unudulmaz obraz bəxş etmiş sənətkar hazırda Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!