9 Avqust, 2011
Mütəllibovlar Mehriban Əliyevaya minnətdarlıq etdi

Mütəllibovun oğlunun müalicəsi üçün Heydər Əliyev Fondu pul ayırmışdı

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə sabiq prezident Ayaz Mütəllibovun oğlunun yas mərasimi başlamazdan əvvəl Simsar.az –a açıqlama verib.

O bildirib ki, A.Mütəllibovun ölkəyə müvəqqəti də olsa, gəlməsinə icazə verilməsi ilə bağlı 10 gün idi ki, danışıqlar aparılırdı: “Bu günlərdə Rusiya prezidenti də məsələ ilə bağlı prezident İlham Əliyevdən xahiş etmişdi. Ayaz Mütəllibovun oğlunun müalicəsi ilə bağlı Heydər Əliyev Fondu da pul ayırmışdı. Bu həssaslıqlarına gərə Mütəllibovlar ailəsi ölkə başçısına və Mehriban Əliyevaya minnətdarlıq edir. Ayaz Mütəllibovun ölkədə həmişəlik qalmasına gəldikdə isə bu məsələ “Eks prezidentlər haqqında” Qanunun qüvvəyə minməsindən sonra mümkün ola bilər”.

Qeyd edək ki, eks-prezidentin 49 yaşlı oğlu Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra dünən dünyasını dəyişib. Mərhumun yas mərasimi bu gün saat 11.00-da Təzə Pir məscidində başlayıb. Azad Mütəllibov Yasamal qəbiristanlığında babasının yanında dəfn ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!