9 Avqust, 2011
İLHAM ƏLİYEV SOÇİDƏDİR

Medvedevlə görüşdə Dağlıq Qarabağ və Xəzərin statusu müzakirə olunacaq

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Soçiyə səfər edəcək. APA-nın məlumatına görə, Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin dəvəti ilə gerçəkləşir. Rusiya prezidentinin mətbuat xidməti prezident İlham Əliyevin Soçiyə səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin tənzimlənməsi və Xəzər dənizinin hüquqi statusu əsas müzakirə mövzuları olacaq.


“İki liderin görüşündə Azərbaycan-Rusiya münasibətlərinin aparıcı sahələrinə dair, habelə regional məsələlər haqda, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılacaq”.

Prezidentlər həmçinin “Xəzərin statusuna dair davam edən təmaslar kontekstində hüquqi status mövzusunu və 2010-cu ilin noyabrında Bakıda keçirilmiş üçüncü Xəzər sammiti qərarlarının icrası vəziyyətini müzakirə edəcəklər. Medvedev və Əliyev habelə ötən ilin sentyabrında Rusiya liderinin Bakıya səfəri zamanı əldə edilmiş iqtisadi-ticarət, enerji, sərmayə-bankçılıq və humanitar sahələrində əldə edilmiş sazişlərin icrasına diqqət yönəldəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!