9 Avqust, 2011
GƏNCƏDƏ UŞAQ BAĞÇASI YANDI

Gəncə şəhərində yerləşən uşaq bağçasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, ötən gün Kəpəz rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 2000 kv.m olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan otağın yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!