8 Avqust, 2011
SAMUXUN BURUNQOVAQ KƏNDİNDƏ EVLƏRİ SU BASIB

Azərbaycanın qərb bölgəsinə yağan güclü yağış nəticəsində Samuxun Burunqovaq kəndində evləri su basıb

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Samux rayonu, Burunqovaq kəndində yaşayış evlərinin yağış suları ilə dolması barədə nazirliyə məlumat daxil olub. Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kənd ərazisində əkin sahələrinin müəyyən hissəsi və bəzi tikililərin zirzəmiləri yağış və qrunt suları ilə dolub. Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq işlər görülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!