8 Avqust, 2011
DOKTORANTURAYA QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANIB

Azərbaycanda doktoranturaya qəbul imtahanları oktyabrın 1-dən başlayacaq

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, qəbul imtahanlarının aparılması üçün komissiyalar yaradılacaq və günlər müəyyənləşdiriləcək. Qeyd edək ki, doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq. Bu il AMEA üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın şəxsin doktoranturaya qəbul olunacağı planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!