7 Avqust, 2011
Bakıda yağış, rayonlarda leysan yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günə gözlənilən hava şəraitini açıqlayıb

Avqustun 7-si, bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək.

Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbərinə görə, bazar günü, havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!