6 Avqust, 2011
YAŞAYIŞ EVİNDƏ PARTLAYIŞ

Bakıda yaşayış evində partlayış olub. Bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Rayon sakini, 46 yaşlı Şabanov Aqil Habil oğluna məxsus evdə yanğınla davam edən partlayış baş verib. Partlayış nəticəsində ev dağılıb, ev sahibi ağır vəziyyətdə xəstəxanaya aparılıb. Aldığı xəsarət ağır olduğundan A. Şabanov xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, yaşayış evində baş verən partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!