6 Avqust, 2011
ARSENALDAN BARSAYA NÖVBƏTİ RƏDD CAVABI

Barselona rəhbərliyi uzun müddətdir heyətinə cəlb etməyə çalışdığı Sesk Fabreqas transferində uğurlu nəticə əldə edə bilməməkdədir.

Katalon klubunun uzun müddətdir klubun heyətinə cəlb etməyə çalışdığı Arsenalın ulduz futbolçusu Sesk Fabreqası heç bir vəchlə transfer etməyi bacara bilmir. Bunun əsas səbəbi də, Arsenal rəhbərliyinin futbolçunun transferi üçün müəyyənləşdirdiyi məbləğdə razılığa gələ bilməməsidir. Verilən son xəbərə görə, Barsanın Seskin transferi üçün Arsenala təklif etdiyi sonuncu təklif də rədd edilib. Barselona Arsenala 35 milyon avro təklif etsə də, ingilis klubu futbolçunu 45 milyondan aşağı satmayacağını bildirib və bu görüş də uğursuzluqla nəticələnib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!