6 Avqust, 2011
ABŞ TƏYYARƏSİNDƏ BOMBA HƏYƏCANI

Təyyarə Filadelfiyada təcili eniş edib

Amerika Birləşmiş Ştatlarına məxsus təyyarədə bomba həyəcanı yaşanıb. ABŞ Hva yollarına məxsus sərnişin təyyarəsi Şotlandiyadan Alyaskaya uçarkən partlayış təhlükəsi ilə əlaqədar Filadelfiyada təcili eniş edib. Buna hədə-qorxu əks olunan kağız parçasının tapılması səbəb olub. Təyyarədə olan 157 sərnişin Filadelfiya beynəlxalq hava limanında evakuasiya edilib.
Partlayıcı qurğu üzrə mütəxəssislər aparılan axtarış nəticəsində təyyarədə heç bir partlayıcı qurğu aşkar edilməyib. Hazırda partlayış hədəsi ilə kağızı yazanın axtarışı aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!