6 Avqust, 2011
ERMƏNİLƏR GÜRCÜSTAN SƏRHƏDİNDƏ ÜÇ AZƏRBAYCANLINI TUTUBLAR

Təzəkənd kənd sakinləri: “Ermənilər adamlarımızı sərhədi pozmaq bəhanəsi ilə tez-tez saxlayırlar”

Gürcüstan-Ermənistan sərhədində insident baş verib.Erməni sərhədçiləri Təzəkənd kənd sakinləri olan üç azərbaycanlı gənci həbs edərək Ermənistana aparıblar. Kənd sakini, Heydər Əliyev adına Tədris Universitetinin gürcü dili və ədəbiyyatı fakültəsinin II kurs tələbəsi Nəzakət Aşiqova bildirib ki, Təzəkənd kəndi Ermənistanla 3-4 km məsafədə yerləşir. “Kəndimizin gəncləri mənbəyini Ermənistan dağlarından alan Debed çayında çimərkən erməni sərhədçiləri tərəfindən saxlanılıblar. Sərhədçilər 18 yaşlı Kamil Naibovu, Ramin Nəcəfovu və onun Elşən adlı dostunu saxlayaraq Ermənistan ərazisinə aparıblar. Bundan xəbər tutan gənclərin valideynləri və kənd camaatı gəncləri geri qaytarmaq üçün Sadaxlı polis məntəqəsinə müraciət etdilər. Nəticədə erməni sərhədçiləri ilə uzun danışıqlardan sonra gənclər geri qaytarıldı”.


Qeyd edək ki, bu, erməni sərhədçilərin Təzəkənd sakinlərini saxlayaraq Ermənistan ərazisinə aparmasına dair yeganə fakt deyil. Nəzakət Aşiqova belə hadisələrin dəfələrlə təkrarlandığını bildirib: “Sərhədçilər tez-tez kəndimizin sakinlərini saxlayıb, buraxırlar. Kənd uşaqları demək olar ki, hər gün erməni uşaqları ilə birlikdə həmin çayda çimirlər. Sonra sərhədçilər guya sərhədin pozulduğunu bəhanə edərək soydaşlarımızı saxlayaraq aparırlar”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!