6 Avqust, 2011
HACI ALLAHŞÜKÜR PAŞAZADƏ METYU BRAYZA İLƏ GÖRÜŞÜB

Görüş ABŞ səfirinin xahişi ilə baş tutub

Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə məlumatı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, görüş səfirin öz xahişi ilə baş tutub. Görüşdə ABŞ səfiri M.Brayza bütün müsəlman dünyasını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. 

Görüşdə həmçinin Amerika və Azərbaycan xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti olan məsələlər də müzakirə edilib. M.Brayza Hacı Allahşükür Paşazadəyə bacısının vəfatı ilə əlaqədər başsağlığı da verib.

A.Paşazadə isə öz növbəsində ABŞ prezidenti Barak Obamanı 50 illik yubileyi münsibəti ilə təbrik edib və Brayzadan ən xoş arzularını çatdırmağı xahiş edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!