6 Avqust, 2011
AZƏRBAYCANDA SAXTA TİKİNTİ MATERİALLARI İSTEHSAL OLUNUR

"Mətin A" və "Mətanətli AB" adlı kafel və metlax yapışdırıcılarının satıldığı müəyyən edilib

Saxta tikinti materiallarının satışı ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Z.Tağıyev küçəsində Bayram Rüstəmova və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanında Elxan Nərimanova məxsus mağazalarda kafel və metlax yapışdırıcılarının satışının qanunauyğunluğu yoxlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlam zamanı uyğunluq sertifikatı və mənşəyi məlum olmayan, etiketində istehsal tarixi və çəkisi göstərilməyən saxta “Mətin A” və “Mətanətli AB” adlı kafel və metlax yapışdırıcılarının satıldığı müəyyən edilib. 

Aşkar olunmuş pozuntularla əlaqədar mağazalarda aşkar edilmiş 95 kisə “Mətin A” və “Mətanətli AB” adlı saxta kafel və metlax yapışdırıcıları qanuna müvafiq tədbirlər görülənədək satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara tikinti materialları alarkən diqqətli olmağı, “Mətin A” və “Mətanətli AB” adlı saxta kafel və metlax yapışdırıcılarını almamağı tövsiyyə edir.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!