5 Avqust, 2011
MEDVEDEV AZƏRBAYCANI VƏ ERMƏNİSTANI HƏDƏLƏDİ

5 günlük müharibə onlara dərs oldu

Simsar.az-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Dmitri Medvedyev deyib: “Bu baş verəndə hər iki rəhbər, həm prezident Əliyev, həm də prezident Sarkisyan Soçidə oldular. Onlar bilirsiniz mənə nə dedilər? Mənə deyirlər ki, bunun baş verməsi əlbəttə pis haldır, Qafqaz üçün bu ağır şeydir”. 

Mən isə deyirəm “Çox pisdir. Lakin bilirsiniz, bu bizim üçün dərsdir. Dağlıq Qarabağın taleyinin necə olacağı ilə bağlı sonsuz danışıqlar aparmaq, orada nə vaxtsa referendum olub olmayacağı, sülh müqaviləsini necə hazırlamaq barədə düşünmək, bu beş günlük müharibədən daha yaxşıdır. Bu onlar üçün çox ciddi dərs oldu”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!