5 Avqust, 2011
Səyavuş Aslanın vəziyyəti yaxşılaşıb

Xəstənin vəziyyətində müsbətə doğru irəliləyiş müşahidə olunur

Azərbaycan Respublikasının xalq artisti Səyavuş Aslanın vəziyyəti yaxşılaşıb. Bu barədə Lent.az-a 1 saylı Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov məlumat verib. Baş həkimin sözlərinə görə, xəstənin vəziyyətində müsbətə doğru irəliləyiş müşahidə olunur və bu gün kompüterdə onun baş-beyin tomoqrafiyası həyata keçiriləcək.


Qeyd edək ki, Səyavuş Aslan avqustun 3-də axşam saatlarında 4 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Sonradan, yəni avqustun 4-də günorta saatlarında həmin xəstəxananın təchizatının zəif olması səbəbindən tanınmış aktyor 1 saylı Şəhər Xəstəxanasına köçürülüb.


Qeyd edək ki, xalq artisti Səyavuş Aslan 1935-ci ildə anadan olub. Azərbaycan klassik kino və teatr səhnəsinə 100-dən çox unudulmaz obraz bəxş etmiş sənətkar hazırda Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!