5 Avqust, 2011
“BAKIELEKTRİKŞƏBƏKƏ” XƏBƏRDARLIQ ETDİ!

Borclu abonentlərin elektrik enerjisilə təchizatı 8 avqustda dayandırılacaq

“Bakıelektrikşəbəkə” ASC borclu abonentlərə xəbərdarlıq edib. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 8 avqust tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək.

"Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur".

Qeyd edək ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində,həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!