4 Avqust, 2011
"SİMSAR"IN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röya Ayxan “Sənə görə” mahnısı bu həftə liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röya Ayxanın “Sənə görə” mahnısıdır. Oxucularının səsverməsinə əsasən ikinci yeri Safura Əlizadə “March On” mahnısı, üçüncü yeri isə “Qala” qrupunun “Dünya böyük bir qala” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Teymur Əmrahın “Bağışla”, beşinci yerdə İradə İbrahimovanın “De, hardasan” mahnılarıdır. 

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Zülfiyyə Xanbabayevanın “Mənim deyilsən”, Bahar Lətifqızı “İzim yandırdı səni”, Manana Japaridzenin “Səndən ayrı”, Bəyimxanım Mirzəyevanın “Yollara yağış yağır”, Vasif Meherremlinin “Sensizlik” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!