4 Avqust, 2011
İNDONEZİYADA VERTOLYOT QƏZASI OLUB

Qəza nəticəsində 9 nəfər həlak olub

İndoneziyada “Bell 412” vertolyotunun qəzaya uğraması nəticəsində doqquz nəfər ölüb. Vertolyot Manado əyalətində yerləşən mədənə işçiləri aparırmış, sərnişinlərin hamısı bu mədənin işçiləri olub. Vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra onunla rabitə əlaqəsi itib. Vertolyotun qəzaya uğradığı ehtimal olunan əraziyə polis və yerli sakinlərdən ibarət xilasedici missiya göndərilib. Hava maşınının qalıqlarını yalnız bu gün səhər aşkarlamaq mümkün olub. Vertolyotda iki heyət üzvü və səkkiz mədən işçisi olub. Sərnişinlərdən bir qadın sağ qalıb, ağır vəziyyətdə olan qadın xəstəxanaya çatdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!