4 Avqust, 2011
Tempratur kəskin aşağı düşür

Hətta dolu düşəcəyi gözlənilir

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Qeyd: Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 03-dən 04-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!