3 Avqust, 2011
QANUNSUZ TİKİLİLƏRİN SİYAHISI HAZIRLANIR

Azərbaycanda su xətləri üzərində qanunsuz tikilən obyektlərin siyahısı hazırlanır

Azərbaycanda magistral su xətlərinin üzərindəki qanunsuz tikililər əhalinin su təminatında problemlər yaradır.Bunu «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. Onun sözlərinə görə, xəttə verilən suyun həcmini artırmaq üçün təzyiq artırılmalıdır, təzyiqlər artırıldıqda isə qanunsuz birləşmələrə görə su xətlərində tez-tez qəzalar baş verir: «Qəzalar baş verdikdə isə evlərin, hansısa qanunsuz obyektin altından keçən xətlərin bərpa olunması günlərlə vaxt aparır. Nəticə etibarlı biz daha böyük problemlə qarşılaşırıq və əhalinin su təchizatında daha uzunmüddətli problemlər yarana bilir».

Q.Hüseynovun sözlərinə görə, bəzi ərazilərdə su kəmərinin mühafizə zolaqları qanunsuz tutularaq özbaşına tikililər inşa olunub. O, bununla bağlı siyahıların hazırlanaraq müvafiq qurumlara təqdim ediləcəyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!