3 Avqust, 2011
Günvurmadan öldü

Azərbaycan paytaxtında günvurmadan ölüm hadisəsi baş verib.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 1-də Qaradağ rayon sakini Qaryağdı Ələkbərov gün vurması ilə əlaqədar xəstəxanaya gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, Q.Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 2-də ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!