3 Avqust, 2011
Dayının qəddarlığı

İki bacıoğlu güllələndi

Rayon Prokurorluğundan Simsar.az-a verilən məlumata görə, Ağcabədi şəhər sakini 1941-ci il təvəllüdlü Rasim Məmmədov bacısı oğlanları Elçin və Natiq Məmmədovları güllələyib. O, qoşalülə tüfənglə iki qardaşa atəş açıb. Güllə E.Məmmədova başından, Natiqə isə qolundan dəyib. Hər iki yaralı ağır vəziyyətdə Bakıya çatdırılıb.


R.Məmmədov isə həbs olunub. Onun yaxın qohumlarına ailə münaqişəsi zəminində silah çəkdiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!