2 Avqust, 2011
QUBADA ƏKİN SAHƏSİ YANIR

Rayonun Alıxan kəndi ilə Digah kəndi ərazisində 70 hektarlıq əkin sahəsi yanır

Quba rayonunda güclü yanğın baş verib. Rayonun Alıxan kəndi ilə Digah kəndi ərazisində 70 hektarlıq əkin sahəsində yanğın hələ də davam edir.

Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Lakin yanğının şiddətli olması və havaların isti olması yanğının söndürülməsi işində çətinlik yaradır.

ANS

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!