2 Avqust, 2011
Qarpızdan ailəvi zəhərlənmə

Yay mövsümü başlayandan bu günə qədər yüzə yaxın zəhərlənmə faktı qeydə alınıb ki, onların da bir qismi qarpızla qidalanma nəticəsində meydana gəlib

Əhali qarpız alarkən diqqətli olmalıdır. Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev qarpızdan zəhərlənmə faktlarının çoxaldığını bildirib.

“Bu il qarpızdan zəhərlənənlərin sayı artıb. Ötən həftədə bir ailədən 6 nəfər qarpızdan zəhərlənmə ilə xəstəxanaya müraciət edib",- deyə o bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!