2 Avqust, 2011
QURBAN QURBANOV: “QƏLƏBƏ ÜÇÜN OYNAYACAĞIQ”-EKSKLÜZIV

“Azarkeşləri sevindirməyə çalışacağıq”

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda avqustun 4-də, saat 21.00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Brügge" qarşılaşmasının nəticələri həlledici olmasa da, ev sahibləri oyuna ciddi hazırlaşırlar.

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Simsar.az-a açıqlamasında bildirib ki, "Brügge" komandasına 4:1 hesabı ilə uduzduğundan “Qarabağ”da psixoloji durum o qədər də yüksək deyil. Bütün hallarda yaxşı oyun göstərməyə, azarkeşləri sevindirməyə çalışacağıq. Qələbə üçün oynayacağıq”.

Q.Qurbanov azarkeşləri avqustun 4-də “Qarabağ”a dəstək olmağa çağırdı: “Üzülməsinlər. Həyat davam edir”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!